Tovuzda azyaşlını cərəyan vuraraq öldürüb

Tarix: 22 Apr 2026 13:06

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çatax kəndində qeydə alınıb. Kənd sakini 2020-ci il təvəllüdlü S.Quliyev yaşadığı evin həyətində oynayarkən elektrik cərəyanı vurub. 6 yaşlı uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Tovuz uşaq azyaşlı cərəyan

Xəbər Lenti