Bakıda və rayonlarda dumanlı hava müşahidə edilir - FAKTİKİ HAVA

Tarix: 23 Apr 2026 10:51

Hazırda ölkə ərazisinin bəzi yerlərində duman müşahidə olunur.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Quba, Qusar, Şabran və Saatlıda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin aprelin 23-24-də fasilələrlə davam edəcəyi gözlənilir.

İlkin Naib Milli Hidrometeorologiya Xidməti hava proqnoz duman

Xəbər Lenti