Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 15:24
İranın Ali Milli Təhlükəsizlik Şurası zəvvarların builki Həcc ziyarətində iştirakına icazə verib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Həcc və Ziyarət Təşkilatından bildirilib.
Məlumata görə, bu çərçivədə zəvvarların ilk qrupu gələn həftənin əvvəlində Mədinəyə göndəriləcək.
Bildirilib ki, Həcc ziyarətinin təşkilində iştirak edən heyətin üzvlərinə vizalar daha əvvəl verilib və onların bir hissəsi artıq Səudiyyə Ərəbistanına yola düşüb.
Bu il İrandan təxminən 29 mindən çox zəvvarın Həcc ziyarətində iştirakı planlaşdırılır.
Haşim Rahimi
Həcc ziyarəti zəvvar