Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb

Tarix: 23 Apr 2026 16:42

Ağcabədi rayonunda Qarqar çayının mühafizə bəndinin bir hissəsi yarılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Kür çayında suyun səviyyəsinin artması nəticəsində baş verib.

Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyevin sözlərinə görə, Kürdə suyun səviyyəsinin yüksəlməsi səbəbindən axın Qarqar çayı istiqamətinə yönəlib. Nəticədə çayın təxminən 700 metr yuxarı hissəsində mühafizə bəndində sızma yaranaraq yarılma baş verib.

Bildirilib ki, hazırda axan su əhali üçün təhlükə yaratmır, Kürlə Qarqar çayı arasındakı axımın qarşısını almaq üçün tədbirlər davam etdirilir.

Elgün Gəncimsoy Kür Ağcabədi Qarqar

Xəbər Lenti