Azərbaycanda kibertəhlükəsizlik sahəsində normativ-hüquqi baza genişləndirilə bilər

Tarix: 23 Apr 2026 16:28

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Dövlət İnternet İnformasiya Ofisinin naziri Cuan Junven ilə görüşüb.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.

Məlumata görə, görüş zamanı ölkələrimiz arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə edilib.

İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda kibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqında danışılıb.

Əşrəf Mehdiyev ikt kibertəhlükəsizlik innovasiya

Xəbər Lenti