Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 16:48
Gürcüstan tamamilə xarici yanacaqdan asılıdır və idxal bir neçə əsas ölkənin payına düşür.
"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxış edərkən "SOCAR Georgia Petroleum" şirkətinin kommersiya şöbəsinin rəhbəri Mirza Şavqulidze bildirib.
Onun sözlərinə görə, neft məhsulları əsasən Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycandan idxal olunur.
"Əsas məhsul olan dizel sahəsində Azərbaycan ikinci yeri tutur", - Mirza Şavqulidze qeyd edib.
Onun sözlərinə görə, ümumi idxalın demək olar ki, yarısı - 48%-i yanacağının payına düşür. Ondan sonra Ai-95 və Aİ-92 markalı avtomobil benzini qərarlaşır.
Emil İsmayılov Gürcüstan dizel idxal