Çərşənbə axşamı, 27 Oktyabr, 2026
Tarix: 27 Oct 2026 00:27
Bu gün Türkiyə Super Liqasında IX turun mərkəzi qarşılaşması keçirilib.
Apasport.az xəbər verir ki, İstanbul derbisində “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib.
“RAMS Park” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb.
3 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Görüş "sarı-qırmızılılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə Super Liqası, IX tur
26 oktyabr
22:30. “Qalatasaray” – “Fənərbaxça” 2:1
Qollar: V. Osimhen, 29, 44, İ. C. Kahveci, 62
ApaSportMənbə: apa.az