Bazar ertəsi, 26 Oktyabr, 2026
Tarix: 26 Oct 2026 21:45
Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatı və festivalında növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Famil Xəlilovun yetirmələri Haiti yığması ilə qarşılaşıb.
Hövsan Yarış Kompleksinin 10A meydançasında keçirilən görüş rəqib komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-15 millimiz əvvəlki oyunlarda Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komandamız Avstraliyaya 1:3 hesabı ilə uduzub.
ApaSportMənbə: apa.az