Bazar ertəsi, 26 Oktyabr, 2026
Tarix: 26 Oct 2026 18:53
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə dövlət yönümlü yeni müxalifətin formalaşmasının zəruri olduğunu bildirib.
"Sputnik-Armenia" xəbər verir ki, Paşinyan bu barədə oktyabrın 25-də keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələrini şərh edərkən keçirdiyi canlı yayımda danışıb.
O bildirib ki, bir sıra icmalarda hakim “Mülki müqavilə” partiyasının 80-90 faizdən çox səs toplaması onu sevindirmir və belə nəticələr müəyyən assosiasiyalar yaradır.
Baş nazir ölkədə xaricdən idarə olunan və onun ifadəsi ilə, “casus müxalifətinin” aradan qaldırılmasının, eyni zamanda dövlət maraqlarına əsaslanan yeni müxalifətin formalaşmasının vacibliyini vurğulayıb.
“Ermənistanda dövlət yönümlü, real müxalifət formalaşmalıdır. Lakin onu hökumət formalaşdırmamalıdır”, – Paşinyan deyib.
İlqar Xudiyev Paşinyan Ermənistan müxalifətMənbə: apa.az