Əhalinin  siyahıyaalması ilə bağlı siyahıyaalma qrupunun işçilərinin maaşları müəyyənləşib

Əhalinin siyahıyaalması ilə bağlı siyahıyaalma qrupunun işçilərinin maaşları müəyyənləşib

Tarix: 26 Oct 2026 18:00

“Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının

CƏDVƏLİ

Vəzifələrin adları

Aylıq vəzifə maaşları

Siyahıyaalma qrupunun rəhbəri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının təminedici şöbə müdirinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində

Siyahıyaalma qrupu rəhbərinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının təminedici şöbə müdirinin müavininin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində

Rayon (şəhər) statistika idarələri (şöbələri) üçün siyahıyaalma qrupunun

nümayəndələri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq şəhər, rayon və şəhər rayonunun statistika idarəsinin (şöbəsinin) rəisinin aylıq vəzifə maaşının 70 faizi

səviyyəsində

İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislər

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının təminedici sektor müdirinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində

Baş iqtisadçı

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının baş məsləhətçisinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində

Aparıcı iqtisadçı

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının aparıcı məsləhətçisinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində

İqtisadçı

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının məsləhətçisinin aylıq vəzifə maaşının 70 faizi

səviyyəsində

Qeyd. Bu əlavədə istinad edilən dövlət qulluğu vəzifələri üzrə aylıq vəzifə maaşlarının hesablanması zamanı həmin vəzifələr üçün qanunvericiliklə müəyyən edilmiş baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) əsas götürülür.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti