Bazar ertəsi, 26 Oktyabr, 2026
Tarix: 26 Oct 2026 17:54
“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir.
Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı
Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:
Sıra
№-si
Ümumi təhsil müəssisələrinin növləri
Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla)
1.
Tam orta ümumtəhsil məktəbi
2000
2.
Lisey
2200
3.
Gimnaziya
2200
4.
Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi
2500
5.
İnternat tipli lisey
3000
6.
İnternat tipli gimnaziya
3000
Qeyd. Bu Sənədə əsasən müəyyən edilmiş məbləğlər baza məbləğlər olub, onlara Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”na uyğun olaraq artım əmsalları tətbiq edilir.
Firuzə Vahid Məktəblər təhsilalan şagird təhsil xərcləriMənbə: apa.az