Bazar ertəsi, 26 Oktyabr, 2026
Tarix: 26 Oct 2026 19:51
Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüşdə bəyanat qəbul edilib.
Bu barədə “Tasnim” xəbər verir.
Bəyanatda tərəflərin regionda sülh və təhlükəsizlik də daxil olmaqla, dörd regional ölkə arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
***
19:04
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı general Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının Tehranda İran rəsmiləri ilə görüşü başa çatıb.
APA bu barədə İran mediasına istinadən xəbər verir.
***
17:26
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı general Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının Tehranda İran rəsmiləri ilə görüşü başlayıb.
Bu barədə “Daneshjoo” agentliyi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri Kəni sözügedən ölkələrin rəsmilərinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşəcəyini və birgə toplantının keçiriləcəyini açıqlayıb.
Baqiri Kəni vurğulayıb ki, iclasda iştirak edən hər üç ölkə İranla birlikdə son müharibə zamanı İranın milli təhlükəsizliyin təmin edilməsi sahəsində qazandığı təcrübədən istifadə etməklə regionda daxili imkanlara əsaslanan təhlükəsizliyin yaradılması istiqamətində mühüm addım ata bilər.
Toğrul Quluzadə İran Məkkə Sazişi Tehran Səudiyyə Ərəbistanı Pakistan TürkiyəMənbə: apa.az