Suriyanın İdlib vilayətində silah-sursat anbarında güclü partlayış olub

Suriyanın İdlib vilayətində silah-sursat anbarında güclü partlayış olub

Tarix: 26 Oct 2026 21:57

Suriyanın İdlib vilayətinin şərqində yerləşən Sarakib şəhərinin yaxınlığında, silah və sursatların saxlanıldığı anbarda güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Shafaq News” agentliyi məlumat yayıb.

Hadisə yerində saxlanılan sursatların partlaması nəticəsində bir neçə ardıcıl partlayış baş verdiyi bildirilir.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Partlayışın səbəbi və anbarda saxlanılan sursatların mənşəyi də məlum deyil.

Suriya partlayış

Mənbə: apa.az

Xəbər Lenti