Cümə, 4 Sentyabr, 2026
Tarix: 03 Sep 2026 21:39
Almaniya-Amerika müdafiə şirkəti “Auterion” və onun ukraynalı tərəfdaşı “Airlogix” Münhen yaxınlığında Ukrayna üçün 5 mindən çox uzaqmənzilli döyüş pilotsuz uçuş aparatının (PUA) seriyalı istehsalına başlayıb.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, ilk PUA-lar artıq istehsal edilib. Almaniya hökumətinin sifarişinin 2027-ci ilin ortalarınadək tam yerinə yetirilməsi nəzərdə tutulur. Sənaye mənbələrinin məlumatına əsasən, müqavilənin dəyəri təxminən 300 milyon avrodur. PUA-lar Almaniyanın Ukraynaya göstərdiyi hərbi yardım çərçivəsində tədarük ediləcək.
Fevralda yaradılmış birgə müəssisə gələcəkdə yeni sifarişlər və uzunmüddətli əməkdaşlıq gözləyir. Münhen yaxınlığındakı yeri açıqlanmayan istehsal sahəsi ilə yanaşı, Almaniyanın şərqində də ikinci müəssisədə istehsalın təşkil olunması planlaşdırılır.
Layihə iki müxtəlif PUA modelinin istehsalını nəzərdə tutur. Onlardan biri orta mənzilli, digəri isə 1500 kilometrədək uçuş məsafəsinə malik uzaqmənzilli modeldir. “Auterion” PUA-ların proqram təminatı və əməliyyat sisteminə, “Airlogix” isə aparat hissəsinə cavabdehdir.
Almaniya Ukrayna PUA Auterion
Mənbə: apa.az