Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 16:42
Kür çayında suyun səviyyəsinin artması Ağcabədi rayonu ərazisində Qarqar çayının mühafizə bəndinin bir hissəsinin yarılmasına səbəb olub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, nəticədə bənddən su sızması baş verib.
Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyevin APA-ya verdiyi məlumata görə, Kürdə suyun səviyyəsinin yüksəlməsi səbəbindən axın Qarqar çayı istiqamətinə yönəlib. Nəticədə 700 metr yuxarıda mühafizə bəndi sızma nəticəsində yarılıb.
Bildirilib ki, hazırda axan su əhali üçün təhlükə yaratmır, Kürlə Qarqar çayı arasındakı axımı dayandırmaq üçün tədbirlər görülür.
Elgün Gəncimsoy Kür Ağcabədi Qarqar

