Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 21:28
Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi, 1qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən APA-ya verilən məlumata görə, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər (kişi) ambulator müalicə üçün evə buraxılıb. 1 nəfərə isə instumental diaqnostik müyinələrdən keçmək üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına göndəriş verilib. *** 12:15 Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Ç.Mustafayev, 1980-ci il təvəllüdlü E.Rəhimov və A.Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fuad Nazimoğlu Ağstafa yol qəzası

