Ağcabədidə ev yanıb, 12 yaşlı uşaq ölüb

Ağcabədidə ev yanıb, 12 yaşlı uşaq ölüb

Tarix: 24 Apr 2026 09:22

Ağcabədidə 3 otaqlı ev yanıb, bir nəfər ölüb.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2014-cü il təvəllüdlü İmaməddin Şirinovun meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Emin Şirvanzadə Ağcabədi yanğın

Mənbə: apa.az

Xəbər Lenti