Əmtəə bazarlarında neftin qiyməti 105 dolları ötüb

Tarix: 24 Apr 2026 09:14

Qlobal əmtəə bazarlarda neft bahalaşıb.

“APA-Economics” xəbər verir ki, NYMEX birjasında WTI markalı neftin iyun fyuçersləri 0,33 dollar və ya 0,34% artaraq 96,18 ABŞ dolları/barel səviyyəsinə yüksəlib.

ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,56 dollar və ya 0,53% artaraq 105,63 ABŞ dolları/barel olub.

Artımın əsas səbəbi kimi bazarda geosiyasi gərginliyin davam etməsi və təklif riskləri ilə bağlı narahatlıqlar göstərilir.

Rahim Tarıverdiyev neft birja Brent WTI Hörmüz İran enerji

Xəbər Lenti