Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib - VİDEO

Tarix: 24 Apr 2026 08:53

Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində torpaq uçqunu baş verib.

APA xəbər verir ki,Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində müəyyən edilib ki, qazıntı işləri aparılarkən torpaq qatı çöküb və nəticədə 2 nəfər torpaq altında qalıb.

Xilasedicilərin operativ müdaxiləsi nəticəsində bir nəfər kişi xilas edilib. Digər şəxsin meyiti torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qaradağ uçqun FHN

Xəbər Lenti