Orta Dəhlizin inkişafı üçün vahid yanaşma lazımdır

Tarix: 24 Apr 2026 12:46

Orta Dəhliz coğrafi baxımdan Çindən Avropaya ən qısa yol olsa da, praktiki baxımdan çoxşaxəli və çətin idarə olunan multimodal nəqliyyat dəhlizidir.

"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya edərkən Neft Ticarəti və Logistika Forumunda çıxış edərkən "AGB Energi Grpup" şirkətinin Baş direktoru Serqey Revin bildirib.

Onun sözlərinə görə, dəhliz bir neçə ölkədən keçərək müxtəlif nəqliyyat növlərini – dəmir yolu, dəniz və liman infrastrukturunu birləşdirir və son nəticədə Qara dənizə çıxış təmin edir. Bu səbəbdən prosesdə quru sərhəd keçidləri, gömrük prosedurları və müxtəlif logistika mərhələləri ardıcıl şəkildə həyata keçirilir.

"Ümumi uzunluğu Qara dənizə qədər təxminən 5000 kilometr olan bu marşrut əsasən Özbəkistan, Türkmənistan, Xəzər dənizi hövzəsi, Azərbaycan və Gürcüstan ərazilərindən keçir", - Serqey Revin qeyd edib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı üçün vahid yanaşma və sabitlik əsas şərtlərdir.

"Orta Dəhlizdə iştirak edən ölkələr birlikdə çalışmalıdırlar. Türkmənistanda bu proses ləngiyirsə, Özbəkistan və Azərbaycanda infrastrukturun inkişaf etdirilməsinin mənası yoxdur. Vahid inkişaf planı lazımdır: regiondakı bütün ölkələr oxşar qaydaları və əməliyyat standartlarını tətbiq etməlidirlər. Treyderlər olaraq, biz tez-tez müəyyən qiymətlərlə mal alırıq, lakin daşınma zamanı onların qiyməti artır. Bu, biznesin gəlirliliyinə mənfi təsir göstərir. Bizim təklifimiz bir yük daşınması ili üçün sabit qiymətlər müəyyən etməkdir. Bu, şirkətlərə əməliyyatlarını dəqiq planlaşdırmağa və gizli xərcləri azaltmağa imkan verəcək", - Serqey Revzin vurğulayıb.

Emil İsmayılov Orta dəhliz

Xəbər Lenti