Cümə, 24 Aprel, 2026
Tarix: 24 Apr 2026 13:31
SOCAR-ın Kulevidəki neft terminalı bu il 3 mln. ton məhsul aşırmağı planlaşdırır.
"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumu çərçivəsində "APA-Economics"ə açıqlamasında "Blach Sea Terminal"ın (SOCAR-ın Qara denizin sahilində yerləşən terminalı) Baş direktoru İsmayıl Kərimov bildirib.
Onun sözlərinə görə, ötən il bu göstərici 2,5 mln. ton olub. Belə ki, bu il "Blach Sea Terminal" aşırılma göstəricilərini 20% artıra bilər.
"Bu məqsədə infrastrukturun təkmilləşdirilməsi və dövriyyənin sürətləndirilməsi ilə nail olmaq planlaşdırılır", - İsmayıl Kərimov qeyd edib.
Onun sözlərinə görə, hazırda Kulevi terminalında hər birinin tutumu 20 min kubmetr (ümumilikdə 80 min kubmetr) olan dörd yeni saxlama çəninin tikintisi layihəsi həyata keçirilir. Podratçı şirkət işləri gələn ilin ortalarında bitirmək planlaşdırır.
Layihənin investisiya dəyəri 25 milyon dollar təşkil edir və terminalın öz hesabına təmin olunur.
Qeyd edək ki, terminalın hazırkı saxlama tutumu 407 min kubmetrdir.
Emil İsmayılov SOCAR Gürcüstan neft terminalı yük aşırma