Bakıda "enerji həftəsi" keçiriləcək

Tarix: 24 Apr 2026 17:46

1–3 iyun 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində “Baku Energy Week” (Bakı Enerji Həftəsi) keçiriləcək.

"APA-Economics" xəbər verir ki, “Baku Energy Week” çərçivəsində aşağıdakı tədbirlər təşkil olunacaq:

“Caspian Oil & Gas” – 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Power” – 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Baku Energy Forum” – 31-ci Bakı Enerji Forumu

Bakı Enerji Həftəsinin aparıcı və strateji enerji dialoqu məkanı 1-2 iyun tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq “Baku Energy Forum”dur.

Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini, müxtəlif ölkələrin hökumət strukturlarını, investorları və biznes nümayəndələrini hər il bir araya gətirərək, qlobal enerji bazarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm platforma yaradır.

Əşrəf Mehdiyev enerji

Xəbər Lenti