, 26 Aprel, 2026
Tarix: 26 Apr 2026 00:29
Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən Şamaxının Acıdərə adlanan ərazisində ağır tonnajlı yük avtomobili hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinə aşıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.
Hazırda yolda hərəkət tam bərpa olunub.
İlham Əhmədov Şamaxı yük avtomobili