Cəlilabadda buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb, xəsarət alanlar var - YENİLƏNİB-1

Tarix: 26 Apr 2026 18:41

Cəlilabadda qəza nəticəsində xəsarət alanlardan 5 nəfərin şəxsiyyəti məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev, 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999- cu il təvəllüdlü Yusif Nəzərov və 2012-ci il təvəllüdlü Həzrətəli Tahirov xəsarət alıblar.

***

saat 17.57

Cəlilabadda qəza nəticəsində 7 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Zopun kəndi ərazisində “Vaz 2106” və “Lada” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 7 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 17.21

Cəlilabadda buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Zopun kəndində baş verib.

Belə ki, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından qayıdan şagirdləri kəndə aparan avtomobil digər kənd sakininin idarə etdiyi avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alanlar var.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev Cəlilabad buraxılış imtahanı qəza

Xəbər Lenti