Bazar ertəsi, 27 Aprel, 2026
Tarix: 27 Apr 2026 14:33
Lerikdə yük maşını dərəyə aşıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb.
Astara sakini 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Lerik yol qəza