Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO

Tarix: 27 Apr 2026 19:59

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi başlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.

Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayiş etdirilib.

Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlim tapşırıqları haqqında brifinq təqdim olunub.

Qeyd edilib ki, təlim iki ölkənin müştərək hava əməliyyatlarının planlaşdırılması və icrası üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, şəxsi heyətin peşəkarlığının artırılması və koordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.

Müdafiə Nazirliyi Türkiyə hərbi təlim

Xəbər Lenti