Çərşənbə axşamı, 28 Aprel, 2026
Tarix: 28 Apr 2026 11:00
Moldovanın Rumıniyanın tərkibinə daxil olması Kişinyovun Avropa İttifaqına daha sürətli qoşulmasına imkan verə bilər.
Bunu Moldova Prezidenti Maya Sandu “Le Monde” nəşrinə müsahibəsində bildirib.
“Bu, bizə Aİ-yə daha tez daxil olmağa imkan verər və kömək edə bilər”, – Rumıniya vətəndaşlığına malik olan Maya Sandu deyib.
O vurğulayıb ki, belə qərar vətəndaşların əksəriyyəti tərəfindən qəbul edilməlidir.
Moldova Prezidenti Aİ-yə üzvlük üçün alternativ yollar barədə də danışıb. Maya Sandu Moldovanın tanınmamış “Dnestryanı Respublika” olmadan da birliyə qoşulmasının mümkünlüyünü istisna etməyib.
“Bu mümkün həll variantıdır”, – Moldova Prezidenti qeyd edib.
İlqar Xudiyev Sandu Moldova Rumıniya Aİ üzvlük Dnesteryanı