Çərşənbə axşamı, 13 Oktyabr, 2026
Tarix: 13 Oct 2026 03:40
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna böhranının nizamlanması üçün Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenski görüşməlidirlər.
APA xəbər verir ki, o bu barədə Ohayo ştatına yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
“Bildiyim yeganə şey budur ki, Zelenski və Putin bu axmaq müharibəyə son qoymaq üçün görüşməlidirlər. Düşünürəm ki, onlar (hər iki tərəf) razılaşma əldə etmək istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər. Amma biz onların razılaşma əldə etməsinə nail olacağıq”, - Tramp bildirib.
Tramp Putin Zelenski ABŞ Rusiya UkraynaMənbə: apa.az