Dünya Bankı bu il üçün neftin qiyməti üzrə proqnozunu kəskin artırıb

Tarix: 29 Apr 2026 10:39

Dünya Bankı (DB) 2026-2027-ci illər üzrə "Brent" etalon markalı neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.

Bu barədə "APA-Economics" bankın aprel ayı üzrə proqnozuna istinadən xəbər verir.

Proqnoza əsasən, “Brent” neftinin orta qiyməti 2026-ci ildə 86 ABŞ dolları (öncəki proqnoz göstəricidən 26 dollar çoxdur), 2027-ci ildə isə 70 dollar (öncəki proqnoz göstərici – 65 dollar) səviyyəsində olacaq.

DB-nin hesablamalarına görə, 2025-ci ildə “Brent”in orta qiyməti 69 dollar təşkil edib.

Beləliklə, 2026-ci ildə “Brent” nefti illik müqayisədə 24,6% bahalaşacaq, 2027-ci ildə isə 18,6% ucuzlaşacaq.

Emil İsmayılov Dünya Bankı Brent neftin qiyməti

Xəbər Lenti