Sara Əzimovaya yeni vəzifə verilib

Tarix: 29 Apr 2026 11:20

Sara Əzimovaya yeni vəzifə verilib.

APA-nın məlumatına görə, o, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumda mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sara Əzimova bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, aprelin 17-də Sara Əzimova öz ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən azad edilib.

Sara Əzimova Naxçıvan

Xəbər Lenti