Abşeronda kişi qonşusunu bıçaqlayıb

Abşeronda kişi qonşusunu bıçaqlayıb

Tarix: 15 Nov 2023 00:39

Qonşular arasında dava zamanı biri bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Səlim Əliyev qonşusuna məxsus həyətdə dava edərkən bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti