"Bitcoin"in qiyməti yenidən 77 min dolları ötüb

Tarix: 01 May 2026 10:08

Son sutkada kriptovalyuta bazarında artım müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,95% artaraq 77 122 dollar təşkil edib. "Ethereum" 1,79% bahalaşaraq 2 284 dollara, BNB isə 0,34% bahalaşaraq 617 dollara yüksəlib.

Həmçinin, "Bitcoin Cash"in qiyməti sutka ərzində 0,09% artaraq 443 dollara, "Monero"nun qiyməti 1,93% artaraq 382 dollara bərabər olub. "Zcash" 4,91% bahalaşaraq 347 dollar, "Bittensor" isə 1,88% bahalaşaraq 254 dollar səviyyəsində qərarlaşıb.

Qızıl ilə indeksləşdirilmiş kriptovalyutalarda da artım qeydə alınıb. "PAX Gold"un qiyməti 0,95% artaraq 4 601 dollar, "Tether Gold"un qiyməti isə 0,83% artaraq 4 599 dollar olub.

Ümumilikdə kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 1,48% artaraq 2,57 trln. dollara yüksəlib.

Bazardakı artım əsasən son günlərdə müşahidə olunan texniki bərpa və iri investorların bazara qayıtması ilə izah olunur.

Rahim Tarıverdiyev bitkoin birja kriptovalyuta bitcoin XRP Cardano Solano

Xəbər Lenti