Şənbə, 2 May, 2026
Tarix: 01 May 2026 23:12
Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) 01.05.2026-cı il tarixində saat 20:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
APA xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidməti məlumat verib.
Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
***
20:33
Ağdam rayonunun Xıdırlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, ölənlərdən biri “VAZ 2107” markalı avtomobilin sürücüsü, Ağdam sakini Cəsarət Hacıyev, digəri isə Kərimov Surxay Şəmil oğludur.
Qəza zamanı avtomobildə olan sərnişinlər 1996-cı il təvəllüdlü Alimə Səxavət qızı Məmmədova, Səfərli Elmir, Səfərli Fuad və Süleymanov Yunis ağır xəsarətlər alıblar. Qeyd edək ki, Səfərli Elmir və Səfərli Fuad azyaşlıdırlar.
İlkin məlumata görə, Alimə Məmmədovanın ayaqları sınıb, uşaqların vəziyyəti isə ağır qiymətləndirilir.
Qeyd edək ki, Alimə Məmmədova Ağdərə rayonunun Vəngli kəndinə köç etmiş sakinlərdəndir.
Faktla bağlı araşdırma aparılır.
***
20:02
Ağdamda yol qəzası baş verib, ölənlər və yaralananlar var.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili qarşıdan gələn “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər isə ağır xəsarət alıb.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy Ağdam qəza