İstanbulda bərədə itkin düşən azərbaycanlı qadının meyiti tapılıb

Tarix: 05 May 2026 18:29

İstanbulda Kadıköy–Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin bərəsində itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, 44 yaşlı qadın mayın 2-si axşam Kadıköydə bərəyə minib.

Lakin Beşiktaşda düşdüyünə dair görüntü aşkar edilməyib. Onun çantası bərədə tapılıb.

Aidiyyəti qurumlar qadının tapılması üçün dənizdə axtarış əməliyyatı aparıb.

Axtarışlar nəticəsində Məxfurə Hüseynovanın meyiti Haydarpaşa sahilləri yaxınlığında aşkar olunub. Meyit tibbi ekspertizaya göndərilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Dəryanur Cəfərova Türkiyə ölüm hadisə bərə

Xəbər Lenti