Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var

Tarix: 06 May 2026 18:38

Abşeron rayonunda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü İsrail Moxramovun bıçaqlanaraq öldürüldüyü bildirilir.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Mirəhəd Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

Selcan Zaurqızı Abşeron qətl Novxanı

Xəbər Lenti