Bakıda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb

Tarix: 27 Mar 2024 17:06

Martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölüb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər Lenti