Cümə axşamı, 7 May, 2026
Tarix: 07 May 2026 16:59
Şəkidə arvadını qətlə yetirməkdə təqsirləndirilən Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Həmid Əliyevin digər cinayət işi ilə bağlı məhkəmənin təyin etdiyi cəza qismən birləşdirilərək ona yekun olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.
Emin Şirvanzadə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm arvadını öldürməkdə təqsirləndirilən