Gəncədə avtomobil divara çırpılıb, 4 nəfər xəsarət alıb

Tarix: 09 May 2026 19:35

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Gəncənin Hacıkənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fuad Nazimoğlu Gəncə qəza yol xəsarət

Xəbər Lenti