FHN: Şəkidə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib - VİDEO

FHN: Şəkidə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib - VİDEO

Tarix: 11 May 2026 09:22

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunub.

Bildirilib ki, gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.

FHN Şəki

Mənbə: apa.az

Xəbər Lenti