Çərşənbə, 10 İyun, 2026
Tarix: 11 May 2026 10:47
Xızıda kişi avtomobilinin altında qalaraq ölüb.
APA xəbər verir ki, hadisə ötən gün səhər saatlarında baş verib.
Məlumata görə, rayonun Altıağac qəsəbəsində 44 yaşlı Şahin Bayramov idarə etdiyi “Jeep” markalı avtomobili yoxuşlu yolda saxlayıb, arxa təkərinə daş qoymaq istəyərkən ehtiyatsızlıqdan avtomobil hərəkət edərək üzərindən keçib və nəticədə o, ölüb.
Faktla bağlı araşdırma aparılır.
Selcan Zaurqızı Hadisə qəzaMənbə: apa.az