Şəhidin məzarı doğma kəndinə köçürülüb

Şəhidin məzarı doğma kəndinə köçürülüb

Tarix: 12 May 2026 02:13

Birinci Qarabağ müharibəsi iştirakçısı, Vətən müharibəsi şəhidi Müşviq Abbasovun məzarı Ağdam rayonunun Quzanlı qəsəbə qəbiristanlığından Abdal kənd qəbiristanlığına köçürülüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə şəhidin doğmaları və yaxınları iştirak ediblər.

Şəhidin doğmalarının sözlərinə görə, məzarın doğma kəndə köçürülməsi onun sağlığında ən böyük arzularından biri olub.

Yaxınları da bildiriblər ki, Müşviq Abbasov hər zaman doğulduğu torpaqda uyumağı arzulayıb.

Elgün Gəncimsoy
Şəhidin məzarı doğma kəndinə köçürülüb

Mənbə: apa.az

Xəbər Lenti