Lənkəranda balıq tutan kişi ölüb

Lənkəranda balıq tutan kişi ölüb

Tarix: 24 Oct 2026 19:09

Lənkəranda balıq tutan 57 yaşlı kişi ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ürgə kəndi ərazisində baş verib. Belə ki, Lənkəran rayonunun Liman şəhər sakini 1969-cu il təvəllüdlü Fizuli Allahyar oğlu Həsənov Ürgə kəndi ərazisindən keçən Viravul çayında balıq tutarkən naməlum şəraitdə ölüb. Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sözügedən ərazidə yüksək gərginlikli elektrik xətləri keçdiyindən ehtimal olunur ki, onun qarmağı elektrik naqillərinə toxunub. Əvvəllər F.Həsənovun ürəyində problem olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev Lənkəran balıq tutan kişi ölüm
Lənkəranda balıq tutan kişi ölüb
Lənkəranda balıq tutan kişi ölüb

Mənbə: apa.az

Xəbər Lenti