Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib

Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib

Tarix: 24 Oct 2026 14:07

Tovuzda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin Xəqani küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yerləşən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə 7 aylıq azyaşlı uşaq qapı bağlanaraq evdə qalıb.

Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri və təcili tibbi yardım briqadası cəlb olunub. Azyaşlı FHN əməkdaşları tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Məlumata görə, azyaşlının səhətində heç bir problem yoxdur.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu FHN xilasetmə
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib

Mənbə: apa.az

Xəbər Lenti