“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

Tarix: 24 Oct 2026 14:42

Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükünü nəzərdə tutan “Yaşıl enerji dəhlizi” (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə ümumi investisiyalar təxminən 22,1 milyard avro məbləğində qiymətləndirilib.

“APA-Economics” xəbər verir ki, bu barədə “Green Energy Corridor Power Company” (GECO) məlumat yayıb.

Bildirilib ki, ümumi investisiyaların 14,3 milyard avrosu ötürücü infrastrukturun yaradılması üçün tələb olunacaq. Bu, layihə üzrə nəzərdə tutulan investisiyaların təxminən 64,7%-ni təşkil edir.

Rahim Tarıverdiyev Yaşıl enerji dəhlizi investisiya

Mənbə: apa.az

Xəbər Lenti