Çərşənbə axşamı, 12 May, 2026
Tarix: 12 May 2026 11:20
Xankəndidəki Zəfər parkı sakinlərin və qonaqların istirahət məkanlarından birinə çevrilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Xankəndidə salınan Zəfər parkı memarlıq xüsusiyyətləri və rəmzi məna daşıyan elementləri ilə seçilir. Parkın girişindən Zəfər tağına aparan 44 pilləkən Vətən müharibəsinin 44 gününü simvolizə edir. Pilləkənlərin mərkəzində yerləşdirilən lövhələrdə müharibənin gedişi, azad olunan yaşayış məntəqələri və 2023-cü il antiterror əməliyyatı ilə bağlı məlumatlar əks olunub.
Hündürlüyü 44 metr olan Zəfər tağı 10 mərtəbə və terrasdan ibarətdir. Terras hissəsində Zəfər Gününü simvolizə edən “8” rəqəmi formasında konstruksiya qurulub. Doqquzuncu mərtəbədə isə “Zəfər qalereyası” sərgi zalı yaradılıb.
Park ərazisində abadlıq işləri görülüb, fəvvarələr, işıqlandırma və musiqi sistemləri quraşdırılıb. Mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib, əraziyə 500-dən çox ağac, 11 mindən artıq kol və gül əkilib.
Zəfər parkının Xankəndi sakinlərinin və şəhər qonaqlarının istirahət məkanlarından biridir.
Elgün Gəncimsoy Xankəndi Zəfər parkı




