Çərşənbə, 13 May, 2026
Tarix: 13 May 2026 13:33
Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Erkin Rəhimov təyin olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
O, 2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiri olub.
Həmçinin Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə Dinar Qəhrəmanova təyin edilib. O isə 2024-cü ildən Respublika Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.
Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Fərəh Qaraqurbanlı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə Tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Əhmədova təyin olunub.