Fuad Aslanov: Rəqəmsal iqtisadiyyatın inkişafına kəskin ehtiyac var

Tarix: 14 May 2026 16:50

Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) bir neçə il sonra yer müşahidəsi, naviqasiya, telekommunikasiya, həmçinin yeni kosmik sektorlar sahəsində öz yerli tərəfdaşlarına əsaslana biləcəyinə ümid edirik.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanda ilk “Milli Kosmik İnkubasiya” layihəsinin başlanılmasına həsr olunmuş tədbirdə Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin müavini Fuad Aslanov deyib.

O qeyd edib ki, Azərkosmos bu gün böyük ölçüdə dünyanın müxtəlif yerlərindən olan tərəfdaşlara əsaslanır: ““Azərkosmos” bu gün böyük ölçüdə proqramların hazırlanmasına və müxtəlif məhsulların, xidmətlərin və həllərin beynəlxalq bazara ixracına diqqət yetirir. Kosmos artıq qapalı bir icma deyil. Bu gün o, bir çox təşəbbüslər, gənc sahibkarlar və startaplar üçün kifayət qədər əlçatandır. Biz bunu bir çox beynəlxalq tərəfdaşlarımızın nümunəsində müşahidə edirik və əminik ki, Azərbaycan sahibkarları böyük uğur qazana bilərlər".

F.Aslanov deyib ki, bu gün rəqəmsal iqtisadiyyatın inkişafına kəskin ehtiyac müşahidə edilir: "Azərbaycan 2026-2029-cı illər üçün rəqəmsal iqtisadiyyatın inkişafı strategiyasını qəbul edib. Bu gün Azerkosmos bu proqrama təxminən 2 % töhfə verir. Gözləyirik ki, bu töhfə illər keçdikcə, xüsusilə sizin təşəbbüslərinizin dəstəyi ilə artacaq".

Əşrəf Mehdiyev Fuad Aslanov Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) rəqəmsal iqtisadiyyat

Xəbər Lenti