Cümə axşamı, 14 May, 2026
Tarix: 14 May 2026 17:52
“Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı” təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə sərəncam verib.
Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair
TƏDBİRLƏR PLANI
Sıra
№-si
Tədbirin adı
Əsas icraçı
Digər icraçılar
İcra müddəti
1.
Qlobal çağırışlar, ölkənin və regionların sosial iqtisadi inkişaf istiqamətləri və əmək bazarının tələbləri nəzərə alınaraq, ortamüddətli dövr üçün regionlarda peşə ixtisasları üzrə kadr hazırlığına dair tələbatın müəyyən edilməsi
İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
2026-cı il
2.
Peşə təhsilli ixtisaslı kadrlara daha çox ehtiyacı olan və ortamüddətli dövrdə inkişafına investisiya qoyulacaq regionların və bu regionlarda tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələri üzrə kadr hazırlığı həyata keçiriləcək peşə ixtisaslarının müəyyən edilməsi
Elm və Təhsil Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası
2026-cı il
3.
Regionlar üzrə kadr tələbatını formalaşdıran əmək bazarı iştirakçılarından peşə ixtisasları üzrə kadr hazırlığı sifarişlərinin toplanması və müvafiq niyyət protokollarının rəsmiləşdirilməsi
Elm və Təhsil Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası
2026-
2027-ci
illər
4.
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində kadr hazırlığı həyata keçiriləcək peşə ixtisasları üzrə müvafiq sahəyə aid işəgötürənlərin iştirakı ilə bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları tərəfindən peşə və kvalifikasiya standartlarının
hazırlanması və təsdiq edilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
2026-
2028-ci
illər
5.
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində kadr hazırlığı həyata keçiriləcək peşə ixtisasları üzrə müvafiq sahəyə aid işəgötürənlərin iştirakı ilə təhsil proqramlarının yenilənməsi (yenidən hazırlanması), səriştə əsaslı dual təhsil proqramlarına üstünlük verilməsi, müasir sahələr (rəqəmsal, yaşıl enerji, süni intellekt, kiber təhlükəsizlik və s.) üzrə bacarıqların kurikulumlara daxil edilməsi, bu peşə təhsili müəssisələrində tədris olunacaq peşə ixtisasları üzrə maarifləndirici və stimullaşdırıcı təşviqat tədbirlərinin təşkili
Elm və Təhsil Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
2026-
2029-cu
illər
6.
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində beynəlxalq ikili diplom proqramlarının tətbiqi
Elm və Təhsil Nazirliyi
2029-
2030-cu
illər
7.
Peşə təhsil sisteminin potensialının gücləndirilməsi tədbirləri çərçivəsində alternativ maliyyə mənbələri imkanlarının araşdırılması və tətbiqi üzrə təkliflərin verilməsi
Elm və Təhsil Nazirliyi
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
2026-
2027-ci
illər
8.
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrinin layihələndirilməsi məqsədilə müvafiq sahədə işəgötürənlərin iştirakı ilə maddi-texniki baza və infrastruktur (tədris binaları, emalatxanalar, laboratoriyalar, avadanlıqlar və s.) üzrə texniki-iqtisadi əsaslandırma nəzərə alınmaqla tələblərin müəyyən edilməsi
Elm və Təhsil Nazirliyi
İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
2026-
2027-ci
illər
9.
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrinin təcrübəli və bilikli mühəndis-pedaqoji heyətlə komplektləşdirilməsi, eləcə də işəgötürənlərin müvafiq işçilərinin müəllim kimi təhsil prosesinə cəlb olunmasının nəzərdən keçirilməsi
Elm və Təhsil Nazirliyi
İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası
2028-
2030-cu
illər
10.
Təhsilverənlərin (mühəndis-pedaqoji heyət) intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması məqsədilə davamlı peşə inkişafına xidmət edən ixtisasartırma və yenidənhazırlama təlimlərinin təşkili
Elm və Təhsil Nazirliyi
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
2026-
2030-cu
illər
11.
Peşə təhsili müəssisələrinin tikintisi və təmiri işlərinin layihələndirilməsi ilə bağlı zəruri sənədlərin hazırlanması, razılaşdırılması və təsdiqi
Elm və Təhsil Nazirliyi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2026-
2028-ci
illər
12.
Peşə təhsili müəssisələrinin tikintisi və əsaslı təmiri işlərinin maliyyələşdirilməsi şərtlərinin müəyyən edilməsi
Elm və Təhsil Nazirliyi,
Dövlət Neft Fondu
2026-cı il
13.
Peşə təhsili müəssisələrinin tikintisi və əsaslı təmiri işləri üzrə ayrılan vəsaitlərin istifadəsinin monitorinqinin aparılması
Dövlət Neft Fondu
Elm və Təhsil Nazirliyi
2027-
2030-cu
illər
14.
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrinin fəaliyyətinin peşə təhsili sahəsinin inkişafı, əmək bazarında ixtisaslı kadr tələbatının qarşılanması və gənclərin məşğulluğunun təmin edilməsi baxımından qiymətləndirilməsi və bu barədə hesabatın Nazirlər Kabinetinə təqdim edilməsi
Elm və Təhsil Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi
2030-cu il
Firuzə Vahid peşə təhsili