Cümə, 15 May, 2026
Tarix: 15 May 2026 09:39
Kriptovalyuta bazarında son 24 saatda əsas aktivlərdə artım müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, CoinMarketCap platformasında bazarın ən böyük kriptovalyutası olan “Bitcoin”in (“BTC”) qiyməti 1,28% artaraq 80 601 ABŞ dollarına yüksəlib. “Bitcoin”in bazar kapitallaşması 1,61 trln. ABŞ dolları təşkil edir.
Bazarın ikinci ən böyük kriptovalyutası olan “Ethereum”un (“ETH”) qiyməti isə 0,19% azalaraq 2 256 ABŞ dollarına enib. “Binance Coin”in (“BNB”) qiyməti 1,56% artaraq 678,7 ABŞ dollarına çatıb.
Paralel olaraq qızıl ilə təmin olunan rəqəmsal aktivlərdən “Tether Gold” (“XAUt”) 2,15% azalaraq 4 584,9 ABŞ dollarına, “PAX Gold” (“PAXG”) isə 2,22% azalaraq 4 582,1 ABŞ dollarına düşüb.
Digər iri kriptovalyutalardan “Zcash” (“ZEC”) 2,95% artaraq 544,1 ABŞ dollarına, “Bittensor” (“TAO”) 3,27% artaraq 305,1 ABŞ dollarına yüksəlib, “Monero”nun (“XMR”) qiyməti isə 0,78% azalaraq 396,2 ABŞ dollarına enib.
CoinMarketCap 20 indeksi (CMC20) də 1,26% artaraq 163,34 bənd olub. Bu, bazarda ümumi müsbət əhval-ruhiyyənin qorunduğunu göstərir.
Bazarın kapitallaşması son 24 saatda ümumilikdə 1,34% artaraq 2,68 trln. ABŞ dollarına çatıb.
Analitiklərə görə, kriptovalyuta bazarındakı artım əsasən investorların riskli aktivlərə marağının yüksəlməsi, “Bitcoin”in 80 min ABŞ dolları səviyyəsindən yuxarı qalması və ABŞ-da spot Bitcoin ETF-lərinə kapital axınının davam etməsi ilə bağlıdır.
Rahim Tarıverdiyev kriptovalyuta Bitcoin BTC kripto