Cümə, 15 May, 2026
Tarix: 15 May 2026 14:43
Uzun illər məcburi köçkün həyatı yaşayan rayon sakinləri doğma yurda qayıdaraq burada həm yaşayır, həm də çalışırlar.
Kəlbəcər sakini Xaliq İbrahimov APA-nın yerli bürosuna bildirib ki, illərlə həsrətində olduqları doğma torpaqda yenidən məskunlaşmaq onlar üçün böyük xoşbəxtlikdir.
O, dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində mənzillə təmin olunduqlarını, bu dəstəyin ailələr üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Hazırda Kəlbəcərdə yerləşən “İstisu” mineral su zavodunda mühasib kimi çalışan Xaliq İbrahimov doğma rayonda fəaliyyət göstərməyin qürurverici olduğunu qeyd edib.
O bildirib ki, bölgədə yaradılan yeni iş imkanları və əmək şəraiti insanların doğma yurda bağlılığını daha da artırır.
Kəlbəcər sakini göstərilən diqqət və qayğıya görə dövlətə təşəkkür edərək, bu dəstək sayəsində artıq doğma yurdlarında rahat və təhlükəsiz şəkildə yaşayıb çalışdıqlarını vurğulayıb.
Elgün Gəncimsoy Kəlbəcər köç
